Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
10-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynada atışma: Federasiya prezidenti öldürüldü

Tarix: 27-09-2025 22:16     Baxış: 387 A- / A+
Ukraynada atışma: Federasiya prezidenti öldürüldüUkraynanın Krivoy Roq şəhərində atışma baş verib. Hadisə zamanı yerli Sambo Federasiyasının prezidenti Yevgeni Ponırkonun həlak olduğu bildirilir.

Bu barədə Ukraynanın "24" telekanalı Dnepropetrovsk vilayətinin polisinə istinadən məlumat verib.

"Krivoy Roqun Pokrovski rayonunda qətl hadisəsi baş verib. Qətlin qurbanı yerli Sambo Federasiyasının prezidenti Yevgeni Ponırko ola bilər. Daha bir nəfər yaralanıb", - deyə telekanalın saytında yerləşdirilən məlumatda qeyd edilib.
Şahidlər yeddi atəş səsi eşitdiklərini deyiblər. Yaralanan kişi isə xəstəxanaya yerləşdirilsə də, vəziyyəti ilə bağlı təfərrüat məlum deyil.

Hadisə yerinə əməliyyat-istintaq qrupu və ekspertlər gəlib.

Atəş açanın şəxsiyyəti hələ müəyyən edilməyib və şəhərdə operativ "Siren" planı elan edilib. Dnepropetrovsk Vilayət Prokurorluğu qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açıldığını elan edib.

Eyni zamanda, Dnepropetrovsk vilayətinin polisi öz "Telegram" kanalında paylaşım edib.
"Krivoy Roq polisi Pokrovski rayonunda baş verən qətl hadisəsi yerində işləyir.

İlkin məlumata görə, naməlum şəxs yerli sakinə atəş açıb. Kişi aldığı yaralardan yerindəcə həyatını itirib. Daha bir nəfər yaralanıb.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilməsi istiqamətində ilkin istintaq tədbirləri davam etdirilir", - deyə paylaşımda bildirilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar