Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın İsrailə görə "Avroviziya"da iştirakdan imtinası ilə bağlı xəbərlər feykdir

Tarix: 21-09-2025 20:15     Baxış: 425 A- / A+


Azərbaycanın İsrailə görə "Avroviziya"da iştirakdan imtinası ilə bağlı xəbərlər feykdir
Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan dövləti adından “Avroviziya 2026"da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə tirajlanan xəbərlər həqiqətə uyğun deyil.
Manevr.az-ın apa-ya istinadla xəbərinə görə, Dubrovnik şəhərində 15–16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə - İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları rəsmi şəkildə bəyanat verərək bildiriblər ki, əgər İsrail yarışmaya buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.
Tədbir çərçivəsində bu kontekstdə hər hansı bir müzakirə aparılmayıb, eyni zamanda, digər ölkələr və Azərbaycan tərəfdən də qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya başqa şərh verilməyib.
2–4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq.
Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.
Elə bu səbəbdən də təşkilatçılar yarışmadan maliyyə cəriməsi olmadan imtina üçün son tarixi 10 dekabradək uzadıblar.
Qeyd edək ki, Türkiyənin Akit televiziyası və ən böyük sosial media kanallarından olan “Baho” Azərbaycanın “Avroviziya 2026"da İsrail yoxdursa, biz də yoxuq” xəbərini paylaşıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar