Xəbər lenti 
					
 
		"Politico" Makronun İsrail ilə bağlı ilginc planını açıqladı

Fransa prezidenti Emmanuel Makron İsrail və ABŞ-a qarşı çıxmaq, BMT Baş Assambleyasının Fələstini tanıması üçün bir neçə ölkəni prosesə cəlb etməyi planlaşdırır.
Manevr.az xəbər verir ki, bu barədə məşhur "Politico" nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, Fransa ilə yanaşı İngiltərə, o cümlədən bir neçə ölkə BMT Baş Assambleyasının iclasında Fələstini tanıdıqlarını elan edəcək. Bu, Fransanın İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağı əməliyyatını dayandırmağa razı salmaq səyləri fonunda "diplomatik qələbə" sayıla bilər.
Bundan əvvəl İsrail hakimiyyətinin Fransa hökumətinin Fələstin dövlətçiliyini tanıyacağı təqdirdə buna sərt cavab verməyə hazırlaşması barədə məlumatlar yayılmışdı. Xarici KİV-in məlumatına görə, hökumət İordan çayının qərb sahilinin ilhaqını sürətləndirə və Fransanın Qüdsdəki səfirliyini bağlaya bilər.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















