Xəbər lenti
Zəngəzur dəhlizi ilə silah daşınacaq? - Paşinyandan CAVAB
Manevr.az xəbər verir ki, jurnalistlər ona Zəngəzur dəhlizi ilə silah daşınıb-daşınmayacağı barədə sual ünvanlayıblar.
Paşinyan bildirib ki, bu məsələ hələlik razılaşdırılmayıb və bütün qərarlar qarşılıqlı prinsip əsasında veriləcək:
“İstənilən bənd həm Ermənistan, həm də Azərbaycan üçün eyni qaydada işləyəcək. Əvvəlcə özümüzdən soruşmalıyıq - biz istəyirikmi ki, Naxçıvan vasitəsilə silah və hərbçilər Mеğriyə gəlsin? Əgər belə qərara gəlsək, bu barədə danışıqlara başlaya bilərik. Əgər istəmiriksə, buna uyğun formula işlənəcək.”
Baş nazir əlavə edib ki, indiyədək əldə edilən razılaşmalar yalnız prinsipial məsələləri əhatə edir, marşrut üzrə bütün detallı şərtlər isə hələ müzakirə olunmayıb. Onun sözlərinə görə, TRIPP layihəsi və kommunikasiyaların açılması ilə bağlı istənilən qərar Ermənistanın daha əvvəl elan etdiyi 5 əsas prinsip çərçivəsində qiymətləndiriləcək.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri sülh prosesi ilə bağlı birgə bəyanat imzalayıblar. Razılaşmaya görə, Ermənistan ABŞ-a 99 illik eksklüziv hüquq verəcək və TRIPP marşrutu Ermənistan qanunvericiliyi əsasında fəaliyyət göstərəcək.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar