Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizi ilə silah daşınacaq? - Paşinyandan CAVAB

Tarix: 18-09-2025 16:08     Baxış: 328 A- / A+

Zəngəzur dəhlizi ilə silah daşınacaq? - Paşinyandan CAVAB

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirdiyi brifinqdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (Zəngəzur dəhlizi) layihəsi ilə bağlı sualları cavablandırıb.
Manevr.az xəbər verir ki, jurnalistlər ona Zəngəzur dəhlizi ilə silah daşınıb-daşınmayacağı barədə sual ünvanlayıblar.
Paşinyan bildirib ki, bu məsələ hələlik razılaşdırılmayıb və bütün qərarlar qarşılıqlı prinsip əsasında veriləcək:
“İstənilən bənd həm Ermənistan, həm də Azərbaycan üçün eyni qaydada işləyəcək. Əvvəlcə özümüzdən soruşmalıyıq - biz istəyirikmi ki, Naxçıvan vasitəsilə silah və hərbçilər Mеğriyə gəlsin? Əgər belə qərara gəlsək, bu barədə danışıqlara başlaya bilərik. Əgər istəmiriksə, buna uyğun formula işlənəcək.”
Baş nazir əlavə edib ki, indiyədək əldə edilən razılaşmalar yalnız prinsipial məsələləri əhatə edir, marşrut üzrə bütün detallı şərtlər isə hələ müzakirə olunmayıb. Onun sözlərinə görə, TRIPP layihəsi və kommunikasiyaların açılması ilə bağlı istənilən qərar Ermənistanın daha əvvəl elan etdiyi 5 əsas prinsip çərçivəsində qiymətləndiriləcək.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri sülh prosesi ilə bağlı birgə bəyanat imzalayıblar. Razılaşmaya görə, Ermənistan ABŞ-a 99 illik eksklüziv hüquq verəcək və TRIPP marşrutu Ermənistan qanunvericiliyi əsasında fəaliyyət göstərəcək.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar