Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Övladına ad qoya bilməyən cütlük boşandı

Tarix: 16-09-2025 08:42     Baxış: 371 A- / A+
Övladına ad qoya bilməyən cütlük boşandı
Çinin Şanxay şəhərində yaşayan bir cütlük, yeni doğulan övladlarına bir il ərzində ad seçə bilmədiklərinə görə boşanmağa qərar verib.
Manevr.az 
xəbər verir ki, cütlük 2023-cü ildə rəsmi nikaha daxil olub. 2024-cü ildə isə onların oğlan övladı dünyaya gəlib. Lakin valideynlər uşağa hər ikisinin bəyənəcəyi bir ad seçə bilmədikləri üçün ailədə mübahisələr başlayıb. Bu səbəbdən uşaq uzun müddət doğum şəhadətnaməsi olmadan yaşayıb və tibbi yardım almaqda çətinlik çəkib.
Nəticədə cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə müəyyən edib ki, valideynlər uşağa özlərinin seçdiyi adı təkbaşına qeydə aldırmaq üçün ayrı-ayrılıqda xəstəxanaya müraciət etsələr də, bu cəhdlər nəticəsiz qalıb.
Hakim bildirib ki, şəxsi münaqişələr səbəbindən sənədlərin rəsmiləşdirilməsini gecikdirməklə valideynlər azyaşlının hüquqlarını pozurlar və məsuliyyətə cəlb olunmalıdırlar. Onlara müəyyən müddət ərzində bütün sənədləri tamamlayaraq uşağa ad vermək tapşırılıb.
Lakin bu dəfə də tərəflər sənədlərin orijinalları üzərində mübahisə etməyə başlayıblar. Nəticədə, doğum şəhadətnaməsinin məhkəmədə saxlanılmasına, daha sonra isə anaya verilməsinə qərar verilib.(axşam.az)

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar