Xəbər lenti 
					
 
		İki nəhəng satış bazarında mövqelərini itirir

2025-ci ilin ikinci rübündə qlobal smartfon bazarında artım müşahidə olunub: tədarüklər əvvəlki rüblə müqayisədə 4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,8% artaraq 300 milyon ədədə çatıb.
Manevr.az xəbər verir ki, artımın əsas hərəkətverici qüvvəsi Çin bazarı olub. Yerli istehsalçılar — "Xiaomi", "Oppo", "Transsion" və "Vivo" — tədarük həcmini artırıblar. Bununla belə, bazar payına görə liderlər "Samsung" (19%) və "Apple" (15%) olaraq qalıblar, amma onların tədarükləri müvafiq olaraq 5% və 9% azalıb.
Mütəxəssislər Çin brendlərinin uğurunu dövlətin güzəştli smartfon alış proqramı ilə əlaqələndirirlər ki, bu da tələbi stimullaşdırıb. Lakin proqnozlara görə, subsidiyaların təsiri növbəti rüblərdə məhdud olacaq.
Fləşip (ing. flagship - qabaqcıl) modellərə marağın azalması, "Samsung" satışlarına mənfi təsir göstərib, əvəzində "Apple" Çində münasib qiymətə təqdim etdiyi "iPhone 16e" modeli ilə mövqelərini möhkəmləndirib.
"TrendForce"un məlumatına görə, dünyanın ən böyük altı smartfon istehsalçısı qlobal bazarın 80%-nə nəzarət edir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















