Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Əfsanəvi BMW loqosu dəyişdi - FOTO

Tarix: 13-09-2025 17:55     Baxış: 3168 A- / A+
Əfsanəvi BMW loqosu dəyişdi - FOTO
Münhendə keçirilən beynəlxalq avtosalonda BMW uzun zamandır gözlənilən yeni iX3 krossoverini təqdim edib. Bu modelin premyerası ilə yanaşı, markanın yenilənmiş loqosu da debüt edib və sərgidə ən diqqətçəkən yeniliklərdən biri olub.
Manevr.az
ölkə.az-a istinadən xəbəer verir ki, BMW nümayəndəsi "Carscoops" nəşrinə bildirib ki, yenilənmiş loqo mərhələli şəkildə markanın digər avtomobillərinə də tətbiq olunacaq. Bu, korporativ üslubun yenilənməsi üzrə ümumi strategiyanın bir hissəsidir.
Əslində, BMW nişanındakı dəyişikliklər radikal deyil. Bu, daha çox dizaynın kiçik modernizasiyasıdır — xrom detallarının sayı azaldılıb, elektrik modelləri üçün ənənəvi istifadə olunan mavi xarici dairə götürülüb. Hərflər daha incə olub, loqo isə daha az qabarıq görünür.
Sonuncu dəfə Bavariya şirkəti öz loqosunu 2020-ci ildə dəyişmişdi. O zaman yenilənmiş nişan ilk dəfə "Concept i4" prototipində nümayiş etdirilmişdi. Bundan başqa, beş il əvvəl "BMW M" idman bölməsinin və elektrik seriyası "BMW i"nin loqoları da dəyişdirilmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar