Xəbər lenti 
					
 
		Əfsanəvi BMW loqosu dəyişdi - FOTO

Münhendə keçirilən beynəlxalq avtosalonda BMW uzun zamandır gözlənilən yeni iX3 krossoverini təqdim edib. Bu modelin premyerası ilə yanaşı, markanın yenilənmiş loqosu da debüt edib və sərgidə ən diqqətçəkən yeniliklərdən biri olub.
Manevr.az ölkə.az-a istinadən xəbəer verir ki, BMW nümayəndəsi "Carscoops" nəşrinə bildirib ki, yenilənmiş loqo mərhələli şəkildə markanın digər avtomobillərinə də tətbiq olunacaq. Bu, korporativ üslubun yenilənməsi üzrə ümumi strategiyanın bir hissəsidir.
Əslində, BMW nişanındakı dəyişikliklər radikal deyil. Bu, daha çox dizaynın kiçik modernizasiyasıdır — xrom detallarının sayı azaldılıb, elektrik modelləri üçün ənənəvi istifadə olunan mavi xarici dairə götürülüb. Hərflər daha incə olub, loqo isə daha az qabarıq görünür.
Sonuncu dəfə Bavariya şirkəti öz loqosunu 2020-ci ildə dəyişmişdi. O zaman yenilənmiş nişan ilk dəfə "Concept i4" prototipində nümayiş etdirilmişdi. Bundan başqa, beş il əvvəl "BMW M" idman bölməsinin və elektrik seriyası "BMW i"nin loqoları da dəyişdirilmişdi.
 
	   
	    
		
		
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















