Kosmosda yeni növ obyekt aşkarlanıb.
Manevr.az xəbər verir ki, Beynəlxalq alimlər qrupu James Webb teleskopu ilə müşahidə olunan "kiçik qırmızı nöqtələr"in yeni kosmik obyekt sinfinə aid ola biləcəyini açıqlayıb.
Araşdırma "Astronomy & Astrophysics (A&A)" jurnalında dərc olunub.
Əvvəl bu obyektlər qədim qalaktikalar hesab edilirdi. Lakin onların qeyri-adi parlaqlığı və kütləsi mövcud təkamül modellərinə uyğun gəlmirdi. Yeni tədqiqat göstərib ki, bu, mərkəzində həddindən artıq böyük qara dəlik olan nəhəng qaz buludlarıdır, hansı ki, qazı sürətlə udaraq hidrogen qabığını əmələ gətirir və soyuq ulduzlara bənzər işıq saçır.
Məşhur nümunə "The Cliff" adlı qırmızı nöqtədir. Onun işığı 11,9 milyard il səyahət edərək Yerə çatıb və spektroloji analiz süperkütləvi qara dəlik və ətrafındakı qızan qaz buludunu təsdiqləyib.
Alimlər hesab edir ki, bu obyektlər bu gün qalaktikaların mərkəzində yerləşən nəhəng qara dəliklərin "erkən mərhələsi" ola bilər. Bu kəşf kainatda belə böyük strukturların erkən yaranmasını izah etməyə kömək edəcək.(milli.az)
Xəbər lenti
Kosmosda yeni növ obyekt aşkarlandı

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar