Xəbər lenti 
					
 
		Ukrayna Gürcüstanda partlayış törətmək istəyir? - Şok iddia
 Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze Ukraynadan gətirilən partlayıcı heksogen maddənin oktyabrın 4-nə təyin edilmiş yerli seçkiləri pozmağa hazır olan gürcü müxalifəti üçün nəzərdə tutulduğunu istisna etməyib.
Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze Ukraynadan gətirilən partlayıcı heksogen maddənin oktyabrın 4-nə təyin edilmiş yerli seçkiləri pozmağa hazır olan gürcü müxalifəti üçün nəzərdə tutulduğunu istisna etməyib.Kaladze bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Ölkəmizə və gürcü xalqına qarşı mübarizə aparan qüvvəni nəzərə alsaq, hər şey mümkündür. Biz bilirik ki, vətəni olmayan insanlar hər şeyə qadirdirlər. Onları gürcü xalqı və ya ölkənin gələcəyi maraqlandırmır. Buna görə də mən heç nəyi istisna etmirəm, amma araşdırmanı gözləyəcəyik. Bütün suallara da buna uyğun cavab veriləcək. Bir daha bildirirəm ki, mən heç nəyi istisna etmirəm”, - deyə Kaladze qeyd edib.
Qeyd edək ki, Gürcüstanın hüquq-mühafizə orqanları Türkiyədən ölkə ərazisinə yük avtomobilində 2,4 kq heksogen gətirən iki Ukrayna vətəndaşını saxlayıb.
Ölkənin Dövlət Təhlükəsizliyi Xidməti digər versiyalarla yanaşı, Ukraynadan partlayıcı maddələrin idxalı ilə müxalifətin oktyabrın 4-də, bələdiyyə seçkiləri günü hökuməti devirmək planları arasında mümkün əlaqəni nəzərdən keçirir.
Heksogen maddənin trotildən dəfələrlə güclü partlayış gücünə malik olduğu deyilir. axar.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















