Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ölkələr Rusiyaya sanksiyaları genişləndirir

Tarix: 12-09-2025 15:39     Baxış: 438 A- / A+



Qərb ölkələri Rusiyaya qarşı sanksiya tədbirlərini daha da sərtləşdirir.
Manevr.az xəbər verir ki, son günlərdə Böyük Britaniya, Yeni Zelandiya və Yaponiya tərəfindən Moskvaya qarşı əlavə məhdudiyyətlər tətbiq edilib.
Böyük Britaniya hökuməti Rusiyaya qarşı mövcud sanksiya paketinə 30 yeni bənd əlavə edib. Rəsmi sənəddə bildirilir ki, ümumilikdə 70 yeni dəyişikliyi əhatə edən sanksiya paketi qüvvəyə minib.
Yeni Zelandiya Xarici İşlər Nazirliyi isə Rusiya neftinin satış qiymətinə tavan tətbiq edərək bir barel üçün maksimum qiyməti 47.6 dollar səviyyəsində müəyyənləşdirib. Eyni zamanda, bu ölkə tərəfindən 19 fiziki və hüquqi şəxsə, eləcə də Rusiya neft sənayesi ilə əlaqəli 19 gəmiyə qarşı sanksiyalar tətbiq olunub.
Yaponiya Nazirlər Kabineti də Rusiyaya qarşı yeni məhdudiyyətlər elan edib. Tokio, Rusiya neftinin qiymət həddini Yeni Zelandiyanın müəyyən etdiyi səviyyəyə uyğun olaraq 47.6 dollar müəyyənləşdirib. Bununla yanaşı, 14 rusiyalı şəxs və 48 şirkət Yaponiya tərəfindən sanksiya siyahısına daxil edilib.
Hazırda bu sanksiyalar Rusiyanın enerji sektorunu və beynəlxalq iqtisadi əlaqələrini hədəf alır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar