Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin xüsusi nümayəndəsi Ermənistana gedir

Tarix: 11-09-2025 22:13     Baxış: 391 A- / A+
Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistana gedir.

Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə, səfir Sərdar Kılıç Iğdırda jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkib.

Kılıç bildirib ki, Ermənistandakı xüsusi nümayəndə ilə bir sıra işlər aparılır və gələcəkdə iki ölkənin, xüsusilə bu bölgənin iqtisadi həyatına töhfə verilməsi planlaşdırılır:

"Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq Iğdır və Qarsın iqtisadiyyatına töhfə vermək arzumuzdur”.

Səfir Sərdar Kılıç qeyd edib ki, Ermənistan tərəfi sərhədin açılmasına müsbət yanaşır və bəzi layihələrdən əvvəl texniki işlərin görülməsi vacibdir.

Qeyd edək ki, Serdar Kılıç və rəhbərlik etdiyi nümayəndə heyəti Alican Sərhəd Qapısından keçərək Ermənistanın paytaxtı İrəvanda görüşlər keçirəcək. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar