Xəbər lenti 
					
 
		Türkiyənin xüsusi nümayəndəsi Ermənistana gedir
 Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistana gedir.
Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistana gedir.Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə, səfir Sərdar Kılıç Iğdırda jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkib.
Kılıç bildirib ki, Ermənistandakı xüsusi nümayəndə ilə bir sıra işlər aparılır və gələcəkdə iki ölkənin, xüsusilə bu bölgənin iqtisadi həyatına töhfə verilməsi planlaşdırılır:
"Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq Iğdır və Qarsın iqtisadiyyatına töhfə vermək arzumuzdur”.
Səfir Sərdar Kılıç qeyd edib ki, Ermənistan tərəfi sərhədin açılmasına müsbət yanaşır və bəzi layihələrdən əvvəl texniki işlərin görülməsi vacibdir.
Qeyd edək ki, Serdar Kılıç və rəhbərlik etdiyi nümayəndə heyəti Alican Sərhəd Qapısından keçərək Ermənistanın paytaxtı İrəvanda görüşlər keçirəcək. apa
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















