Xəbər lenti 
					
 
		Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı

Manevr.az bakupost.az-a istinadən xəbər verir ki, diplomat Sankt-Peterburqda keçirilən XI Birləşmiş Mədəniyyətlər Beynəlxalq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bu barədə danışıb.
“Bir əsər var, onun adı sonradan məşhur ifadəyə çevrildi — “Təkəbbür yarmarkası”. Bu isə artıq “riyakarlar bazarıdır””, — deyə Zaxarova bildirib.
Qeyd edək ki, Alla Puqaçova müsahibəsində Rusiya hakimiyyətinə qarşı dərin məyusluğunu ifadə edib, ölkəni tərk etməsini "vətən tərəfindən xəyanətə uğramaq"la əsaslandırıb.
Puqaçova həmçinin Vladimir Putinə bir zamanlar böyük ümidlərlə səs verdiyini, lakin bu gün onun tamamilə dəyişdiyini və başqa bir insana çevrildiyini deyib.
Müğənni Ukrayna müharibəsinin məqsədlərini anlamadığını, günahsız insanların – həm rusların, həm də ukraynalıların həyatını itirməsinin dəhşətli olduğunu bildirib. O vurğulayıb ki, əgər vətən həqiqətən təhlükə altında olsa, silah götürməyə belə hazır olar, lakin bu müharibəni anlaşılmaz və faciəvi hesab edir.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















