Xəbər lenti
Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan

Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 10-da parlamentdə “Ermənistan” müxalifət blokundan olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib.
Xamoyan kommunikasiyaların açılması halında Azərbaycan vətəndaşlarının Ermənistana girişinin necə tənzimlənəcəyini soruşub: “Məsələn, onların pasportları yoxlanılacaqmı, məsələn, Ermənistan Respublikası ərazisində cinayət törətsələr, saxlanılıb mühakimə olunacaqlarmı?”
Paşinyan qeyd edib ki, Ermənistan Respublikasının yurisdiksiyası hamıya eyni dərəcədə şamil edilən dövlət prinsipidir.
Eyni zamanda, baş nazir Ermənistanın müasir texnologiyalar və mexanizmləri mənimsəməyə çalışdığını vurğulayıb, xüsusilə, sərhədləri keçmək məsələsində:
“Onlar adi rejimdə oxuma cihazlarından istifadə etməklə pasport nəzarətini təmin edirlər. Yəni insanların iştirakı olmadan. Sərhədçilər yalnız şübhəli şəxslər aşkar edildikdə müdaxilə edirlər”.
Baş nazirin sözlərinə görə, hökumət bu cür texnologiyalardan ölkənin bütün sərhədlərində - Gürcüstan, İran, Türkiyə və Azərbaycan - istifadə etmək niyyətindədir: onlardan hava limanlarında da istifadə olunacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































