Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Avropada "elektromobil inqilabı" nə vaxt olacaq?

Tarix: 10-09-2025 09:26     Baxış: 327 A- / A+
Avropada "elektromobil inqilabı" nə vaxt olacaq?
2050-ci ilə qədər batareya ilə işləyən elektromobillər Avropa bazarında yeni avtomobil satışlarının demək olar ki, hamısını təşkil edəcək.
Manevr.az xəbər verir ki, "Ernst & Young" şirkətinin "Reuters"lə paylaşdığı hesabata əsasən, 2032-ci ilə qədər elektromobillərin payı Avropada yeni minik avtomobili satışlarının 50 faizini ötəcək və 2030-cu ildən sonra hibrid modelləri geridə qoyacaq.
Mütəxəssislərin fikrincə, Avropa brendləri büdcə elektromobillərini nisbətən ləng tətbiq etsələr də, siyasi hədəflər, tələbin bərpası və əlçatan modellərin ortaya çıxması elektromobillərin geniş yayılmasına təkan verəcək.
Bu həftə Avropa istehsalçıları Münhendə keçirilən "IAA Mobility" sərgisində yeni elektromobil modellərini təqdim edir. Tədbir Çin istehsalçıları ilə artan rəqabət fonunda baş tutur. Avropa avtomobil sənayesi eyni zamanda ABŞ tərəfindən artırılan gömrük rüsumları ilə də üzləşir.
Proqnozlara görə, qlobal avtomobil satışları (o cümlədən Avropa, Çin və ABŞ bazarlarında) bu il illik hesabla 2,2 faiz artacaq. 2030-cu ilə qədər isə artım tempi 2 faizdən aşağı enə bilər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar