Xəbər lenti 
					
 
		Məşhur markaların günəş kremi qalmaqalı: Uğursuz nəticə göstərib

Avstraliyada aparılan testlər, populyar brendlərin də daxil olduğu 20 günəş kremindən 16-sının vəd etdiyi qorunmanı təmin etmədiyini üzə çıxarıb.
Manevr.az xəbər verir ki, istehlakçı təşkilatı “Choice Australia” tərəfindən müstəqil laboratoriyada sınaqdan keçirilən məhsulların böyük hissəsi qablaşdırmada göstərilən SPF dəyərinə uyğun gəlməyib.
“Neutrogena”, “Banana Boat” və “Bondi Sands” kimi geniş istifadə olunan markaların məhsulları da testlərdə uğursuz nəticə göstərib.
Avstraliya Dərman və Sağlamlıq Məhsulları İdarəsi (TGA) araşdırma başladığını açıqlayıb. Bir çox şirkət üzr istəyərək müştərilərə geri ödəmə və endirim kuponu təklif etsə də, istifadəçilərin narazılığı davam edir.
Qalmaqal necə üzə çıxdı?
Avstraliya günəş kremini “kosmetik vasitə” deyil, “dərman” kimi qəbul edən ölkələrdəndir. Buna baxmayaraq, araşdırmalar bir sıra məhsulların ABŞ-da fəaliyyət göstərən tək bir laboratoriyadan yüksək SPF sertifikatı aldığını, bəzi Avstraliya istehsalçılarının isə həmin formulaları paylaşdığını göstərib.
2019-cu ildə ABŞ-da fəaliyyət göstərən bir laboratoriyanın saxta nəticələr təqdim etdiyi aşkarlanmış, müəssisənin sahibi həbs olunmuşdu.
Avstraliya hələ də “dünyanın dəri xərçəngi paytaxtı” olaraq qalır. Bu qalmaqal isə günəş kremi sənayesinə olan etimadı ciddi şəkildə sarsıdıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















