Xəbər lenti 
					
 
		Ana 25 ildən sonra "dirilən" qızına QOVUŞDU
 Qazaxıstanda, Ural şəhərində yaşayan bir qadın, doğuşdan sonra həkimlərin "qızın sağ qalmadı" dediyi övladı ilə 25 il ayrılıqdan sonra görüşüb.
Qazaxıstanda, Ural şəhərində yaşayan bir qadın, doğuşdan sonra həkimlərin "qızın sağ qalmadı" dediyi övladı ilə 25 il ayrılıqdan sonra görüşüb.Bu barədə "Uralskaya Nedelya" nəşri məlumat yayıb.
Məlumata görə, 2000-ci ildə 27 yaşlı Karlığaş planlı qeysəriyyə əməliyyatı üçün Uraldakı doğum evlərindən birinə aparılıb. Əməliyyatdan sonra ona qız övladının doğulduğu, lakin sağ qalmadığı bildirilib. Sonradan məlum olub ki, körpə ABŞ-dan olan övladlığa götürən valideynlərə satılıb. Qız böyüyəndə doğum evindən anasının soyadının yazıldığı bir etiket tapıb və bu, onun mənşəyini üzə çıxarıb.
Gənc qız bioloji anasını axtarmağa başlayıb və Karlığaşı tapıb. 2024-cü ilin noyabrında onunla əlaqə saxlayaraq özünün qızı olduğunu deyib. Əvvəlcə Karlığaş tanımadığı birinə inanmayıb, lakin zamanla onların ünsiyyəti artıb və qadın qızının ölmədiyini anlayıb. 2025-ci il avqustun 28-də Karlığaş və həyat yoldaşı oğurlanmış qızları ilə ilk dəfə görüşüblər.
Qazaxıstanda bu iş üzrə cinayət işi açılıb. Şübhəli qismində bir tibb bacısı, baş həkim və nikah xidmətinin əməkdaşı saxlanılıb. Həmin dövrə aid doğum sənədlərinin arxivləri məhv edilib. Şübhəlilər iddia edirlər ki, guya ana uşağından imtina edib, lakin bioloji ana bu iddianı qəti şəkildə rədd edir. rublika.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















