Britaniya kəşfiyyatı Rusiyanın Ukrayna uşaqlarını oğurlamaq və zorla köçürməklə bağlı apardığı kampaniyanı araşdırıb.
Manevr.az xəbər verir ki, Böyük Britaniyanın kəşfiyyatı araşdırmaların nəticələrini açıqlayıb.
Britaniya kəşfiyyatının apardığı araşdırmanın nəticələrinə əsasən, Rusiya ələ keçirdiyi Ukrayna ərazisindən oğurlanmış uşaqları 18 yaşı tamam olan kimi dərhal öz ordusuna çağırır.
Verilən məlumata görə, indiyədək 19500-dən çox ukraynalı uşaq məcburi şəkildə ya Rusiya ərazisinə, ya da Krım ərazisinə köçürülüb və bəzi açıq mənbələrə görə, bu rəqəm hətta 35 minə qədər çata bilər.
Britaniya kəşfiyyatının qiymətləndirməsinə əsasən, 6 min ukraynalı uşaq “yenidən tərbiyələndirmə” düşərgələrə yerləşdirilib və onlar yetkinlik yaşına çatdıqda hərbi təlim mərkəzlərinə göndərilirlər.
Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiyanın ali rəhbərliyi oğurlanmış ukraynalı uşaqları həm hazırkı, həm də gələcək ordu heyəti üçün potensial resurs kimi görür.
Qeyd edək ki, bu araşdırmanın elan olunduğu 3 sentyabrda Böyük Britaniya hökuməti ukraynalı uşaqların oğurlanmasında əli olan şəxslərə qarşı sanksiyalar tətbiq edib.apa
 Xəbər lenti 
					
 
		Britaniya kəşfiyyatı: Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır

Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















