Xəbər lenti
İrəvan məhkəməsi arxiyepiskop Adjapaxyan barəsində qərar verdi
Ermənistanda İrəvan məhkəməsi ölkədə hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə təqsirləndirilən Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın həbsdə qalma müddətini daha bir ay uzadıb.Bu barədə TASS xəbər verir.
Sentyabrın 2-də keçirilmiş məhkəmə iclasında prokuror həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə qərarını arxiyepiskopun bu hərəkəti yenidən törətmək riskinin olması ilə əsaslandırıb. Hakim iş üzrə növbəti iclası sentyabrın 15-nə təyin edib.
Xatırladaq ki, iyunun 26-da Ermənistan Baş Prokurorluğu arxiyepiskopa qarşı konstitusiya quruluşunun devrilməsinə çağırış ittihamı ilə cinayət işi açıb. O, iyunun 27-də həbs edilib, iyunun 28-də isə ümumi yurisdiksiya məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























