Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

O, Putini belə ALDADIR: ağır itkilər var

Tarix: 31-08-2025 17:55     Baxış: 348 A- / A+

Kreml Ukrayna üzərində "qaçılmaz qələbə" illüziyası yaratmaq və Qərb tərəfdaşlarının mövqeyinə təsir etmək üçün hərbi nailiyyətlərin miqyasını sistematik şəkildə şişirdir.
Manevr.az axar.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
İnstitutun analitikləri hesab edir ki, Rusiya hərbi komandanlığı koordinasiyalı şəkildə hücumun sürəti ilə bağlı yalan məlumatlar yayır:
"Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bəyan edib ki, 2025-ci ilin martından Rusiya ordusu Ukraynanın 3500 km² ərazisini və 149 yaşayış məntəqəsini ələ keçirib. Amma Müharibənin Öyrənilməsi İnstitutunun hesabatına görə, bu müddət ərzində Rusiya Ukraynanın təxminən 2,346 km² ərazisini və ya 130 yaşayış məntəqəsini işğal edib.
Oxşar bəyanatları Rusiyanın müdafiə naziri Andrey Belousov verir və o, qoşunların aylıq 600-700 km² irəlilədiyini iddia edir. Əslində, 2025-ci ildə bu rəqəm 440-500 km²-dən çox deyil".
İnstitut həmçinin bildirir ki, Kreml özünün ağır itkilərini gizlədir:
"Təkcə 2024-cü ildə azı 93 min, 2025-ci ilin əvvəlindən isə 56 mindən çox Rusiya hərbçisi həlak olub. Kvadrosikl və motosikletlərdən istifadə edən mobil qruplara baxmayaraq, Rusiya ordusunun irəliləyişi sürünən xarakter daşıyır və strateji davamlılıqdan məhrumdur. Moskva Qərbi Ukraynanın qələbəyə qadir olmadığına inandırmağa və dəstəyin azalmasına nail olmağa çalışır. Lakin bu, yanlış və təhlükəli illüziyadır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar