Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Tramp onların həbs edilməsinə qarşı deyil

Tarix: 31-08-2025 10:51     Baxış: 3140 A- / A+
Tramp onların həbs edilməsinə qarşı deyil
ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosu (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktorları Con Brennan ilə Ceyms Kominin demokratların Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı yalan məlumat yaymasında əli olduğu iddiası ilə həbs olunmasına etiraz etməyəcək.
Manevr.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri "The Daily Caller" nəşrinə müsahibəsində deyib.
"Bu, məni qətiyyən narahat etməzdi", - Tramp hazırda ABŞ səlahiyyətliləri tərəfindən aparılan istintaqdan sonra Brennan və Kominin televiziyada əlləri qandallı şəkildə həbsdə göstərilsəydi, özünü necə hiss edəcəyi ilə bağlı suala cavab verib.
Ağ Ev rəhbəri etiraf edib ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən aparılan istintaqla bağlı kiminsə həbs edilib-edilməyəcəyini dəqiq deyə bilməz.
2016-cı il prezident seçkilərində ona rəqib olan keçmiş birinci xanım və ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton haqqında danışan Tramp vurğulayıb: "Mən keçmiş prezidentin arvadının həbsə düşməsini istəməzdim, lakin o, tamamilə günahkardır".
Amerika lideri əvvəllər Klintonun dəfələrlə yuxarıda qeyd olunan məlumatların uydurulmasında iştirak etdiyinə əmin olduğunu bildirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar