Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlər ilk dəfə qoz qabığından su-elektrik generatoru hazırladılar

Tarix: 30-08-2025 08:15     Baxış: 378 A- / A+
Alimlər ilk dəfə qoz qabığından hazırlanmış və su ilə üzvi materialın qarşılıqlı təsirindən elektrik enerjisi istehsal edə bilən su-elektrik generatoru layihələndiriblər.

Tədqiqatın nəticələri “Energy & Environmental Materials” jurnalında dərc olunub.

Tədqiqatçılar badam, fındıq, pekan və qoz qabıqlarını istifadə ediblər. Bu qabıqlar mikrokanallar və hidrofilik qruplarla zəngindir. Su ilə təmasda olarkən bu mikrokanallar hidrovoltaj effekti yaradır və bu, buxarlanma və kapilyar qüvvələrin təsiri ilə ionların hərəkətinə səbəb olur. Nəticədə elektrik cərəyanı yaranır. Qoz qabığından hazırlanmış cihaz sabit 600 mV-dan yüksək gərginlik və 5,9 μVt/sm²-dən çox güc sıxlığı nümayiş etdirib və bir həftə boyunca işləyib.

Xüsusi işlənmə prosesindən sonra elektrik gücü artıb və gərginlik 1,21 V-a çatıb, maksimum cərəyan sıxlığı isə 347,2 μA/sm²-ə yüksəlib. Bu da əksər üzvi və qeyri-üzvi analoqlardan yüksəkdir. İki belə cihaz birləşdirildikdə əlavə elektrik enerji çeviriciləri olmadan LCD kalkulyatoru işlədə bilib.

Müəlliflərin sözlərinə görə, bu texnologiya göstərir ki, adi qoz qabığı kimi bir çox kənd təsərrüfatı tullantıları kiçik elektron cihazların enerji təminatını üçün əlçatan edə və ekoloji təmiz enerji mənbəyinə çevrilə bilər. Gələcəkdə bu generatorlar rütubət, yağış suyu və hətta dəniz suyundan istifadə edərək davamlı energetika sahəsində yeni imkanlar aça biləcək. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar