Sizin Reklam Burada
Xəbər lenti
01-09-2025
31-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan Azərbaycan açıqlaması: Üçü birdən ləğv ediləcək

Tarix: 29-08-2025 12:25     Baxış: 357 A- / A+


“Rusiya Azərbaycan və Ermənistanın (keçmiş) Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə qərarını dəstəkləyir”.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
Rusiya rəsmisi qrupun 2025-ci ilin dekabrınadək buraxılmasının planlaşdırıldığını bildirib.
Lukaşeviçin sözlərinə görə, söhbət üç qurumun: Minsk qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəliyinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinin dayandırılmasından gedir.
“Tərəflərin onların saxlanmasının məqsədəuyğun olmaması ilə bağlı mövqeyini nəzərə alaraq, onların ləğvinə mane olmaq üçün heç bir əsas görmürük”, - diplomat qeyd edib.
Rusiya nümayəndəsi söyləyib ki, Minsk qrupunun buraxılması proseduru belədir: ATƏT-in Daimi Şurası (siyasi məsləhətləşmələr üzrə əsas qərar qəbul edən orqan) təşkilatın üzvlərinə nazirlərin bu məsələ ilə bağlı qərarına razılıq vermələrini təklif edir və sentyabrın 1-dək qrupun buraxılmasına heç kim etiraz etməsə, qərar qəbul edilmiş sayılacaq:
“Nəzərə almaq vacibdir ki, bu qərarın icrası ilə bağlı inzibati və maliyyə tədbirlərinin həyata keçirilməsi bir neçə ay çəkəcək. ATƏT onları bu ilin dekabrından gec olmayaraq başa çatdırmağı gözləyir. Bundan sonra Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verən hər üç struktur öz fəaliyyətini dayandırmalıdır”.
Xatırladaq ki, avqustun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərarın sentyabrın 1-də veriləcəyini açıqlamışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar