Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Amerikalı kişinin özünü ölü kimi qələmə verərək, məşuqəsinin yanına getməsi ona baha başa gəldi

Tarix: 29-08-2025 08:21     Baxış: 493 A- / A+

45 yaşlı ABŞ sakini arvadını və üç uşağını qoyub Gürcüstandakı məşuqəsinin yanına getmək üçün özünü ölü kimi qələmə verib.


Bu barədə CNN kanalı məlumat yayıb.

Rayan Borqvard 2024-cü ilin avqustunda yoxa çıxıb. Ailəsi onun tərk edilmiş avtomobilini və treylerini tapıb və polisə müraciət edib. İstintaq zamanı məlum olub ki, Borqvard yoxa çıxmazdan iki ay əvvəl pasportunun itirilməsi barədə ərizə verib və yeni sənəd alıb.

Daha sonra o, xaricdəki banka pul köçürüb, elektron poçt ünvanını dəyişib, 375 min dollarlıq sığorta polisi rəsmiləşdirib və reversiv vazektomiya əməliyyatı keçirib. Bütün bu hərəkətlər onun özünü itkin düşmüş kimi qələmə vermək üçün əvvəldən diqqətlə hazırlaşdığından xəbər verir.

Daha sonra həmin şəxs özü əlaqə saxlayıb və ölkədən avtobusla getdiyini bildirib. O, 2024-cü ilin yazında internetdə tanış olduğu Özbəkistandan olan sevgilisinin yanına Tbilisiyə yollanıb.

2024-cü ilin dekabrında polis məmurları onu ABŞ-yə qayıtmağa razı salıblar. Məhkəmə onu 89 gün həbs cəzasına məhkum edib - axtarışın davam etdiyi müddətlə eyni vaxta. O həmçinin axtarış əməliyyatı xərclərini ödəmək üçün 30 min dollar təzminat ödəyib. 2025-ci ilin yazında həyat yoldaşı onunla boşanıb. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar