Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Zelenski Ərdoğanla "Bayraktar" zavodunun vurulmasını və Azərbaycan səfirliyini müzakirə edib

Tarix: 28-08-2025 18:55     Baxış: 4127 A- / A+


Zelenski, Ərdoğan
Xəbər verildiyi kimi, Ukrayna və Türkiyə prezidentlərinin telefon danışığı olub.
Manevr.az xəbər verir ki, Ukrayna Prezidentli Volodimir Zelenski də özünün “X” hesabında bu barədə məlumat yayıb.
Volodimir Zelenski göstərdiyi dəstəyə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirib.

O, “Rusiyanın hücumlarında Azərbaycan səfirliyi və Türkiyəyə məxsus şirkətin hədəf alındığını” bildirib.
Tərəflər Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması ətrafında fikir mübadiləsi aparıblar.
Ərdoğan qeyd edib ki, Türkiyənin xüsusilə Qara dəniz olmaqla, ümumi təhlükəsizlik təminatında iştirakı yollarının araşdırılması məqsədilə müdafiə naziri Yaşar Güləri təlimatlandırıb.

Qeyd edək ki, 28 avqust tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir.
Bundan başqa Ukraynanın paytaxtı Kiyevdə yerləşən və işə salınmağa hazırlaşan “Bayraktar” zavodu raket atəşinə məruz qalıb. Zavoda iki zərbə endirilib, nəticədə milyonlarla dollarlıq investisiyaya ciddi ziyan dəyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar