Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
BÜTÜN XƏBƏRLƏR

Musiqi dinlədiyinə görə qonşusunu öldürdü

Tarix: 26-08-2025 12:38     Baxış: 329 A- / A+
Belqorod vilayətində kişi avtomobilində yüksək səslə musiqi dinləyən qonşusunu döyərək bıçaqlayıb. Hadisə nəticəsində zərərçəkmiş şəxs həyatını itirib.
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Belqorod vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, 39 yaşlı təqsirləndirilən şəxs uzun müddət qonşusunun yüksək səslə musiqi dinləməsindən narazılıq edib və aralarında dəfələrlə mübahisə yaşanıb. İyunun 15-də həmin şəxs növbəti dəfə avtomobilinə əyləşərək, musiqi səsləndirdikdə müttəhim aqressiv reaksiya verib.
O, əvvəlcə qonşusuna dəmir parçası ilə hücum edib, daha sonra isə onu pilləkənlərdən yerə yıxaraq bıçaqla dörd zərbə endirib. Eyni zamanda, dəmir parçası ilə zərərçəkmişin baş və bədən nahiyələrinə xəsarətlər yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb. Hazırda istintaq davam edir və materialların məhkəməyə təqdim olunacağı bildirilib.
Rusiya qanunvericiliyinə əsasən, bu maddə üzrə təqsirləndirilən şəxs 15 ilədək azadlıqdan məhrum edilə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar