Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Süni intellektin ələ keçirəcəyi ilk işlər bunlar olacaq

Tarix: 26-08-2025 08:48     Baxış: 3142 A- / A+
Süni intellektin ələ keçirəcəyi ilk işlər bunlar olacaq
Süni intellektin insanların işlərini əllərindən alacağına dair narahatlıqlar əsassız deyil. 
Manevr.az xəbər verir ki, Dünya İqtisadi Forumu tərəfindən aparılan qlobal araşdırmaya görə, dəqiq və sistemli məlumat bazasına sahib sahələrdə süni zəkanın mənimsənmə səviyyəsi 60-70 faiz civarına çatır. Daha az və ya parçalanmış verilərə malik sahələrdə isə bu göstərici hələ ki 25 faizdən aşağıdır.
Bu da o deməkdir ki, maliyyə, müştəri dəstəyi, səhiyyə xidmətləri, tərcümə, tarix və mətn yazarlığı kimi sahələr süni zəkanın ilk mərhələdə təsirinə düşəcək. Daha mürəkkəb bilik və ixtisaslaşma tələb edən sahələrdə, məsələn, həkimlik kimi peşələrdə isə süni zəkanın tam əvəzləmə ehtimalı hələ ki, aşağı görünür.
Təhlükədə olan iş sahələri
"Microsoft Research" tərəfindən aparılan araşdırmaya görə, süni zəka ilk olaraq bu peşələri sıradan çıxarmağa başlayacaq:
* Müştəri xidmətləri nümayəndələri – chatbot və virtual köməkçilərin geniş yayılması ilə bu işlər avtomatlaşır.
* Çağrı mərkəzi operatorları / telemarketçilər – süni zəka ilə idarə olunan səsli sistemlər ənənəvi telefon satışlarını kölgədə qoyur.
* Məlumat daxil etmə operatorları – OCR və avtomatlaşdırma sistemləri ilə məlumatların işlənməsi sürətlə AI-ya keçir.
* Mağaza kassirləri – self-checkout aparatları və skan texnologiyaları kassirlərə ehtiyacı azaldır.
* Anbar və logistika işçiləri – süni zəka dəstəkli robotlar qablaşdırma və daşınma işlərini daha sürətli görür.
* Hüquqi dəstək işçiləri (paraleqallar) – sənəd axtarışı və məlumat toplama işləri artıq süni zəka ilə icra olunur.
* Nəqliyyat və çatdırılma sürücüləri – avtonom avtomobillər və dron texnologiyaları insan əməyinə olan tələbi azaldır.
* Jurnalistlər və məzmun yazarları – AI əsaslı məzmun generatorları xəbər və mətn istehsalında geniş istifadə olunur.
Mütəxəssislər bildirirlər ki, yaxın illərdə süni zəka texnologiyalarının təsiri ilə əmək bazarında ciddi dəyişikliklər yaşanacaq. Bu dəyişikliklər bəzi peşələri tamamilə sıradan çıxararkən, yeni iş sahələrinin də yaranmasına səbəb ola bilər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar