Xəbər lenti
Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiyaya GİRDİ: QIZĞIN döyüşlər gedir, general VURULDU

Bu barədə qurum sosial şəbəkələrdə məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Esedulla Abaçev XQQ-nin xüsusi əməliyyatı nəticəsində ağır yaralanıb. Rusiya Silahlı Qüvvələrinin "Şimal" qoşun qruplaşmasının komandan müavininin avtomobilinin atəşlə vurulmasını Xüsusi Əməliyyat Qüvvələrinin UA_REG TEAM bölməsi həyata keçirib. Bu, avqustun 17-si gecə Kursk vilayətinin Rılsk şəhərindən 5 kilometr məsafədə baş verib", - məlumatda qeyd olunur.
XQQ-nin məlumatına görə, yaralanma nəticəsində generalın əli və ayağı amputasiya edilib. O, təcili olaraq təyyarə ilə Moskvaya çatdırılıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Bryansk vilayətində Ukraynanın xüsusi təyinatlı qüvvələrinə məxsus üç döyüşçünün əsir götürüldüyünü açıqlayıb. Məlumata görə, onlar nəqliyyat infrastrukturuna qarşı diversiya hazırlayırmış. Əməliyyat zamanı daha üç nəfər öldürülüb.
Dövlət telekanalı RT saxlanılanların meşəlik ərazidə dindirilməsi görüntülərini yayıb. Videoda üç nəfər adlarını və doğum tarixlərini səsləndirərək, Kropıvnıtski (keçmiş Kirovoqrad) şəhərində dislokasiya olunan Ukrayna Silahlı Qüvvələrinin 3-cü xüsusi təyinatlı alayında xidmət etdiklərini bildirirlər.
Kadrlarda saxlanılanlardan birinin yaralı olduğu, eləcə də öldürülən şəxslərin cəsədlərinin yer aldığı görünür. Hazırda onların şəxsiyyəti müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
FSB bildirib ki, əsir götürülənlər barəsində bir sıra cinayət işləri açılıb – diversiyaya hazırlıq, qanunsuz silah dövriyyəsi və hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsd ittihamları irəli sürülüb.
Qeyd edək ki, beynəlxalq humanitar hüquqa görə, hərbi əsirlər döyüş əməliyyatlarında iştiraka görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar