Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Çinin yeni smartfonu Ginnesin Rekordlar Kitabına düşdü: Onun üstünlüyü nədir?

Tarix: 20-08-2025 09:11     Baxış: 4167 A- / A+
Çinin yeni smartfonu Ginnesin Rekordlar Kitabına düşdü: Onun üstünlüyü nədir?
İyul ayında təqdim edilən qatlanan "Honor Magic V5" smartfonu dünya rekorduna imza ataraq Ginnesin Rekordlar Kitabına daxil edilib. 
Manevr.az
xəbər verir ki "Gizmochina"nın məlumatına görə, cihaz "qatlanan smartfon tərəfindən qaldırılan ən böyük çəki" nominasiyasında rekord əldə edib.
Dubayda keçirilən sınaqda smartfonun menteşəsinə soyuducu və əlavə yük plitələri bağlanıb. Ümumi çəkisi 104 kiloqram olan bu yüklə də cihaz sınmayıb. Bu göstərici əvvəlki rekordu təxminən 30 kiloqram üstələyib.
Rekordun əsasını "Super Steel Hinge" adlı xüsusi poladdan hazırlanmış menteşə təşkil edib. İstehsalçının açıqlamasına görə, menteşənin dartılma möhkəmliyi 2300 meqapaskala çatır və mexanizm 500 min qatlanmaya hesablanıb.
Bundan əvvəl də "Honor" şirkəti "Magic V5" modelini ekstremal şəraitdə sınaqdan keçirib. Qurğuya güclü yağış, temperatur dəyişmələri və polad kürəciklərlə zərbələr tətbiq olunub. Son təcrübə isə cihazın dayanıqlılığını qəti şəkildə sübut edib.
Yalnız möhkəmliyi ilə deyil, həm də nazikliyi ilə diqqət çəkən smartfonun çəkisi 217 qram, qatlanmış vəziyyətdə qalınlığı isə cəmi 8,8 millimetrdir. Bu göstərici, məsələn, "Galaxy Z Fold 7" modelindən 0,1 millimetr daha azdır.
Texniki göstəricilərinə gəldikdə, "Honor Magic V5" flaqman seqmentinə uyğun xüsusiyyətlərə sahibdir: "Snapdragon 8 Elite" prosessoru, 16 GB-a qədər əməli yaddaş, 5820 mA/saat tutumlu batareya və 66 vattlıq sürətli enerji yığma. Eyni zamanda, 120 Hz tezlikli LTPO OLED ekranlar (6,43 və 7,95 düym), 50+50+64 meqapiksellik üçlü kamera sistemi və "Magic OS 9" (Android 15) əməliyyat sistemi ilə təchiz olunub.
Qiymət baxımından model rəqiblərinə nisbətən əlverişlidir. 12+256 GB yaddaşlı ilkin versiya 1250 dollara, 16+1024 GB yaddaşlı ən yüksək konfiqurasiyalı versiya isə 1530 dollara təklif olunur. Müqayisə üçün, Avropada "Samsung Galaxy Z Fold 7" 2100 avrodan başlayan qiymətlərlə satılır. Hazırda "Honor Magic V5" yalnız Çin bazarında satışdadır.(Qaynarinfo)

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar