Xəbər lenti
Saçdan hazırlanan diş məcunu: Britaniya alimlərindən yenilik
Britaniyada aparılan yeni araşdırma diş sağlamlığı sahəsində inqilabi dəyişiklik vəd edir. King's College London universitetinin alimləri müəyyən ediblər ki, saç, dəri və yun kimi təbii materiallarda olan keratin maddəsi diş minasını qoruyan təsirə malikdir və bu maddədən diş pastası hazırlanması mümkündür.Keratin tüpürcəkdəki kalsium və fosfat ionları ilə qarşılıqlı təsirə girərək diş səthində qoruyucu təbəqə formalaşdırır. Bu təbəqə dişləri çürümələrdən və mina eroziyasından qorumağa kömək edir.
Təbii mənbədən tullantıya yeni həyat
Advanced Medical Materials jurnalında yayımlanan araşdırma göstərir ki, bu keratin təkcə yundan deyil, saç və dəri kimi bəzən tullantı hesab edilən materiallardan da təkrar emal yolu ilə əldə oluna bilər. Bu da həm ekoloji baxımdan davamlılıq təmin edir, həm də diş pastalarında mövcud olan bəzi kimyəvi maddələrin daha təbii alternativlərlə əvəz olunmasına şərait yaradır.
Diş minasını qoruyan və bərpa edən yenilik
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































