Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Saçdan hazırlanan diş məcunu: Britaniya alimlərindən yenilik

Tarix: 16-08-2025 21:28     Baxış: 364 A- / A+
Saçdan hazırlanan diş məcunu: Britaniya alimlərindən yenilikBritaniyada aparılan yeni araşdırma diş sağlamlığı sahəsində inqilabi dəyişiklik vəd edir. King's College London universitetinin alimləri müəyyən ediblər ki, saç, dəri və yun kimi təbii materiallarda olan keratin maddəsi diş minasını qoruyan təsirə malikdir və bu maddədən diş pastası hazırlanması mümkündür.

Keratin tüpürcəkdəki kalsium və fosfat ionları ilə qarşılıqlı təsirə girərək diş səthində qoruyucu təbəqə formalaşdırır. Bu təbəqə dişləri çürümələrdən və mina eroziyasından qorumağa kömək edir.

Təbii mənbədən tullantıya yeni həyat
Advanced Medical Materials jurnalında yayımlanan araşdırma göstərir ki, bu keratin təkcə yundan deyil, saç və dəri kimi bəzən tullantı hesab edilən materiallardan da təkrar emal yolu ilə əldə oluna bilər. Bu da həm ekoloji baxımdan davamlılıq təmin edir, həm də diş pastalarında mövcud olan bəzi kimyəvi maddələrin daha təbii alternativlərlə əvəz olunmasına şərait yaradır.

Diş minasını qoruyan və bərpa edən yenilik

Mütəxəssislər bildirirlər ki, diş minası sümük və saçdan fərqli olaraq özünü bərpa etmək qabiliyyətinə malik deyil. Yəni mina bir dəfə zədələndikdə və ya itirildikdə geri qaytarmaq mümkün olmur. Bu səbəbdən keratin əsaslı diş pastası diş minasının qorunması üçün mühüm yenilik hesab olunur və gələcəkdə diş çürümələrinin qarşısının alınmasında effektiv vasitəyə çevrilə bilər. milli.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar