Sizin Reklam Burada
Xəbər lenti
13-08-2025
12-08-2025
BÜTÜN XƏBƏRLƏR

Melburnda dəhşətli qətl: Kişinin başı kəsilərək nizəyə taxıldı, yaxınlıqda sirli qraffitilər tapıldı - Şəkillər

Tarix: 13-08-2025 08:38     Baxış: 332 A- / A+
Avstraliyanın Melburn şəhərində Maunt-Ueverli rayonunda baş verən amansız qətl ictimaiyyəti şoka salıb. Polis bir evdə iki nəfərin meyitini aşkarlayıb. Təfərrüat isə xüsusilə dəhşətlidir - 50 yaşlarında olan kişinin başı kəsilib və nizəyə taxılaraq, 39 yaşlı qadının cəsədinin yanına qoyulub.
"Daily Mail"nin verdiyi məlumata görə, hadisə Adrien-Kresent küçəsində yerləşən evdə baş verib.
Qonşular qışqırıq səsləri eşidərək polisə xəbər veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları iki meyitlə yanaşı, divarlarda və ətrafda qəribə məzmunlu qraffitilər də aşkarlayıblar.
İlkin araşdırma nəticəsində məlum olub ki, hər iki qurban Maunt-Ueverlidə yaşayırmış, lakin onların bir-birinə hansı münasibətdə olduqları hələlik dəqiqləşdirilməyib. Polis artıq şübhəlini saxlayıb - onun evsiz bir kişi və öldürülənlərlə tanış olduğu bildirilir.
Araşdırmaçılar xüsusilə cinayətin törədilmə alətinə diqqət yetirirlər. İlkin məlumata görə, qətldə odlu silahdan istifadə olunmayıb. Hazırda həm qraffitilərin, həm də cinayətin motivlərinin bir-biri ilə əlaqəsi araşdırılır. Ölənlərin ailə üzvlərinə faciə barədə məlumat verilib. Ölüm səbəblərinin dəqiq müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar