Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyat - sülhün və dostluğun körpüsü

Tarix: 10-08-2025 10:56     Baxış: 230 A- / A+

Tarix boyu xalqlar arasında anlayış, qarşılıqlı hörmət və mehribanlıq yaradacaq ən böyük körpülərdən biri ədəbiyyat olmuşdur. Ədəbiyyat millət, dil, din tanımaz — o, insanın ruhuna toxunar, onu saf duyğulara, mərhəmətə, sevgiyə səsləyər. Şairlər və yazıçılar sülhün carçıları, xeyirxahlığın təbliğatçılarıdır. Onlar qələmləri ilə nifrət divarlarını dağıdar, könüllər arasında görünməz, amma möhkəm körpülər qururlar.
Ədəbiyyat və incəsənət insanları bir araya gətirən, onları bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir. Dünya böyük bir evdir — bu evdə hər bir millət bir otaq kimidir. Otaqlar arasında isti münasibət, qapıların açıq qalması, divarlar arxasında sükunət deyil, harmoniya eşidilməsi — bəşəriyyətin ən böyük arzularındandır. Sülh, dostluq və millətlərarası anlayış bu evin bünövrəsini möhkəmləndirən sütunlardır.
Bu sütunları möhkəmləndirən ən mühüm qüvvələrdən biri məhz ədəbiyyat və sənətdir. Çünki sözün dili millət tanımaz, melodiyanın səsi sərhəd bilməz. Ədəbiyyat — insan qəlbinin ən saf, ən incə duyğularını ifadə edən ümumbəşəri bir dildir. O, xalqları bir-birinə yaxınlaşdırar, ürəklər arasında körpü salar. Şair və yazıçılar isə bu körpülərin memarlarıdır — onlar qələmləri ilə sülhün, dostluğun, ümidin və sevginin rənglərini çəkirlər.
Bu mənada Koreya ədəbiyyatının dəyərli nümayəndələrindən biri olan Yoo Dong Ae xanımın yaradıcılığı xüsusi ehtiramla qeyd olunmalıdır. Onun şeirlərində təbiətin saf nəfəsi, insan duyğularının dərinliyi, həyatın fəlsəfi çalarları birləşir. Şairənin sətirlərindəki sadəlik və səmimiyyət oxucunu düşünməyə, hiss etməyə, sevgini qorumağa çağırır.
Əziz oxucular, Yoo Dong Ae xanımın şeirlərini oxuyun — onun xalis bədii zövqünü, səmimiyyətini, poetik nəfəsini özünüz kəşf edin və ədalətli qiyməti də özünüz verin.



Cahangir NAMAZOV, 
Azərbaycan Jurnalistlər Birliyinin
və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.


***

Yoo Dong Ae — şair, Namhae (Gyeongnam vilayəti) doğumludur. O, Jinju Qızlar Liseyini, Jinju Milli Müəllimlər Kollecini və Hansung Universitetinin Koreya Dili və Ədəbiyyatı fakültəsini bitirmişdir. Uzun illər ibtidai məktəbdə müəllim kimi çalışmış, sonra təqaüdə çıxmışdır.
Onun ədəbi debütü 1992-ci ildə Munyesajo jurnalının poeziya bölməsində olmuşdur. Hal-hazırda Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının vitse-prezidenti vəzifəsini icra edir. Bundan əvvəl Qangdong Ədəbiyyat Assosiasiyasının ilk baş katibi, həmçinin Quryə Ədəbiyyat Assosiasiyasının prezidenti olmuşdur.
Şairin "İçimdə Açan Çiçəklərlə" (2017, Cənubi Jeonnam Mədəniyyət Fondunun Ədəbiyyat Yaradıcı Qrantı ilə) və "Sınmış Porşelen Üzərində Günəş İşığı" (2019, həmçinin Jeonnam Mədəniyyət Fondunun dəstəyi ilə) adlı şeir topluları nəşr olunub. O, həmçinin Dənizin Su Yuxuları adlı poeziya antologiyasına da töhfə vermişdir.


VƏTƏN YELI

O gün də külək əsirdi.
Yenə də yovşan sakit-sakit boy göstərirdi,
Və yabanı qızılgüllər,
öz təbiətinə sadiq qalaraq,
torpağı yarıb
çiçəkləyirdi.
Bir vaxt tanıdığım külək,
uşaqlığımın yeli —
onu yenidən
doğma yurdumda gördüm.
O külək mənə incə-incə gələrdi,
hər dəfə tək başına
yolun sonunda dayananda,
dağların sakitliyində.
Yumru bir sükutla, yüngül bir əks-səda ilə
daş divarların yanından əyilər,
hasarın üstünə qonar,
budaqların arasından keçər,
ağac başlarını oxşayar
və səpələnmiş adaları
qucağına toplayardı.
Şayiə
Qərb səmasında toplanan buludlar
ərimiş şüşədən qızılı parçalar kimi idi.
Pəncərələr alov içindəydi,
hər tərəfə qığılcım saçılacaq kimi görünürdü.
Göz yetdiyi qədər,
uzaqlarda sonsuz bir alov dənizi uzanırdı.
Hətta hava belə yanırdı,
qırmızı kölgələrə bürünmüşdü.
Hər şey
alovun qızğın məstliyi ilə sarhoş idi.
Mən isə rəngini itirmiş,
solğun, boz bir parça idim.

Yoo DONG AE

Tərcümə:Cahangir NAMAZOV

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar