Xəbər lenti
Əfsanəvi müğənni Ginnesin Rekordlar Kitabına düşdü

Məşhur amerikalı kantri-müğənni Dolli Parton Ginnesin Rekordlar Kitabına düşüb.
Manevr.az-ın məlumatına görə, qaynarinfo qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, əfsanəvi sənətkar bu adı kitabın 70 illik yubileyi münasibətilə alıb. Ötən gün Tennessi ştatının Naşvill şəhərindəki studiyada ona sertifikat təqdim olunub.
"Düzünü desəm, buna daha layiq olan birini təsəvvür etmək çətindir. Dünyanın ən məşhur hitlərindən bəzilərini yazması, heyrətamiz səsi və səhnə varlığı, böyük filmlərdəki rolları və digər sənətçiləri dəstəkləməsi və təşviq etməsi ilə bütün dünyada onun reputasiyası misilsizdir. Sadə dillə desək, Dolli Partonla bərabər ola biləcək heç kim yoxdur", deyə Ginnesin Rekordlar Kitabının nümayəndəsi bildirib.
Dolli müğənni, aktrisa, bəstəkar və prodüserdir. O, 3000-dən çox mahnı yazıb və ümumilikdə 100 milyon dollardan çox satıb. Partonun ən məşhur mahnıları "Hello, I'm Dolly" və "I Will Always Love You" mahnılarıdır, onlar beynəlxalq hitə çevrilib. Yaradıcılıq karyerası ərzində 79 yaşlı müğənni 11 rekorda imza atıb və 70-ci illərin sonlarında ilk "Grammy" mükafatını alıb. 2022-ci ilin noyabrında müğənni Rock and Roll Şöhrət Zalına daxil edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar