Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
02-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sakit okeanın dibində "sarı kərpicdən yol" aşkarlandı

Tarix: 08-08-2025 08:43     Baxış: 261 A- / A+
Sakit okeanın dərinliklərində aparılan elmi tədqiqat zamanı alimlər qeyri-adi təbii formasiya ilə qarşılaşıblar. Belə ki, Papahanaumokuakea dəniz qoruğu ərazisində, Nutka adlı sualtı dağın zirvəsində sarı kərpicli yol formasını xatırladan struktur aşkarlanıb.

"IFL Science"nin verdiyi xəbərə görə, tədqiqatın müəllifləri ABŞ-yə məxsus "E/V Nautilus" tədqiqat gəmisinin heyətidir.

Alimlər sosial şəbəkələrdə geniş yayılan və əfsanələrə uyğun olaraq "Atlantidanın yolu" kimi təqdim edilən bu strukturun əslində tamamilə təbii mənşəli olduğunu bildiriblər.

Məlumata görə, sözügedən formasiya qədim vulkanik fəaliyyət nəticəsində yaranan gialoklast (vulkanik qırıntılı süxur) adlanan qaya növüdür. Vulkanın sürətlə soyuması və zamanla yaranan gərginliklər nəticəsində səthdə dərin çatlar əmələ gəlib və bu, səthi "kərpicli yol" formasında göstərib.

Alimlər qeyd ediblər ki, bu formasiya ilk baxışda göl yatağını xatırlatsa da, əslində sualtı vulkanik fəaliyyətin nəticəsidir.

Geoloqların fikrincə, bu cür formasiya Sakit okean dibində nadir hallarda müşahidə olunur və onun yaranma mexanizmini daha ətraflı araşdırmaq üçün tədqiqatlar davam etdirilir. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar