Xəbər lenti
İtaliyada çimərlikdə tornado: Turistlər canlarını zorla qurtardılar
İtaliyada, Roma yaxınlığındakı Makkareze çimərliyində tornado baş verib. Qəfil başlayan güclü külək sahildəki çətirləri və başqa əşyaları havaya qaldırıb. Təhlükəli vəziyyətdən təlaşa düşən turistlər ərazidən qaçıblar.Bu barədə "Daily Mail" xəbər verir.
Bildirilib ki, hadisə zamanı bir qadın xəsarət alıb, ona tibbi yardım göstərilib.
Eyni zamanda, İtaliyanın şərqindəki Delta del Po sahillərində nəhəng su burulğanları qeydə alınıb. İki sütun formasında yaranan burulğanların sonra birləşdikləri görünür.
İtaliya Meteoroloji Xidməti bazar ertəsi şimal bölgələri üçün ortasəviyyəli hava xəbərdarlığı yayıb. Marke və Umbriya bölgələrində isə şiddətli yağış və ildırım gözlənilir. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































