Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

CAR-da ənənəvi sünnət ayinləri zamanı 39 yeniyetmə öldü

Tarix: 02-08-2025 17:39     Baxış: 429 A- / A+
CAR-da ənənəvi sünnət ayinləri zamanı 39 yeniyetmə öldü
Cənubi Afrikada (CAR), kosa xalqı arasında ildə iki dəfə keçirilən ulvaluko adlı ənənəvi sünnət ayini bu il də faciə ilə nəticələnib. 

Manevr.az
xəbər verir ki, məlumatlara əsasən, 2025-ci ildə bu mərasim zamanı 39 yeniyetmə ölüb, yüzlərlə gənc isə ağır xəsarətlər alıb. Yaralanmalar arasında cinsiyyət orqanının amputasiyası kimi ciddi hallar da qeydə alınıb.

Ulvaluko ayini oğlan uşaqlarının kişi sayıldığı mərhələni rəsmi şəkildə qeyd edir. Ayində iştirak etməyənlər qəbilə içində sosial izolyasiya ilə üzləşir, ictimai yığıncaqlarda iştirak və evlənmək hüququndan məhrum edilirlər. Bu üç həftəlik ayin adətən uzaq dağlıq ərazilərdə qurulmuş xüsusi daxmalarda - inisiasiya məktəblərində həyata keçirilir.

Cənubi Afrika hökumətinin məlumatına görə, ölkədə yüzlərlə qeyri-qanuni inisiasi məktəbi fəaliyyət göstərir. Bu məktəblər tez-tez cinayətkar dəstələrin nəzarətində olur. Orada çalışanlar nə tibb təhsili almış, nə də sterilizasiya qaydalarına əməl edən şəxslərdir. Onlar sünnət əməliyyatı üçün itilənmiş nizə ucluqları, köhnə ülgüclər və çirkli bıçaqlardan istifadə edirlər. Bu alətlər bir neçə dəfə dezinfeksiya olunmadan istifadə edilir.

Bəzi bu cür məktəblər adəti biznesə çeviriblər: yeniyetmələr oğurlanır, məcburi şəkildə sünnət edilərək, valideynlərindən övladlarını qaytarmaq üçün pul tələb olunur.

Demək olar ki, hər bir yeniyetmə bu mərasimdən sonra iltihab, infeksiya və ağır xəstəliklərlə üzləşir. Onların əksəriyyəti həftələrlə xəstəxanada qalmalı olur. Ən ağır hallarda isə sağalmırlar. 2024-cü ildə bu ayin nəticəsində 93 ölüm halı qeydə alınmışdı. Ölüm səbəbləri əsasən infeksiyalar, qan zəhərlənməsi (sepsis) və susuzlaşma olub.

Son illərdə Cənubi Afrika hakimiyyəti bu qanunsuz məktəbləri bağlamaq və təşkilatçıları məsuliyyətə cəlb etmək üçün tədbirlər görür. Hədəf 2025-ci ilə qədər bu ölümlərin tam qarşısını almaq idi, lakin bu məqsədə hələ də tam nail olunmayıb.

Qeyd edək ki, bəzi hallarda yeniyetmələrin bu ayində iştirakdan imtinasına görə öldürüldüyü də bildirilir./qaynarinfo 

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar