Xəbər lenti
Nobel mükafatı laureatı Şimali Kipr vətəndaşı oldu

Nobel mükafatı laureatı, türkiyəli alim Aziz Sancar Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Nazirlər Kabinetinin qərarı ilə bu ölkənin vətəndaşlığına qəbul edilib.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, Kipr sevgisi ilə tanınan və ŞKTC prezidenti Ersin Tatarın yaxın dostu olan Sancar ölkənin beynəlxalq aləmdə tanınması üçün fəal lobbiçilik fəaliyyəti göstərir.
ŞKTC Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda, Aziz Sancarın elm, texnologiya və mədəniyyət sahələrində ölkəyə töhfə verəcəyi, həmçinin ŞKTC-nin beynəlxalq səviyyədə tanınmasına yardım edəcəyi qeyd olunub.Aziz Sancar 2022-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT tribunasından ŞKTC-nin tanınması çağırışını etməsinin ardından, üzərində ŞKTC bayrağı olan və ingiliscə "ŞKTC tanınmalıdır" ifadəsinin yazıldığı köynəklə sosial mediada paylaşım etmişdi. Sancar Ersin Tatarın yaxın dostudur. Tatar bir müddət Sancarın yanında elmi tədqiqatlar aparmış olan professor Nedimə Serakıncını prezidentin sağlamlıq məsələləri üzrə müşaviri təyin edib və onun vasitəsilə Sancarla münasibətlərini genişləndirib.
Sözgedən paylaşımın ardından Tatar telekonfrans vasitəsilə Sancarla görüşərək, Kipr türklərinin səsini duyurduğu üçün ona təşəkkür etmişdi. Onlar sonrakı dövrdə də bir neçə dəfə bir araya gəliblər.
Aziz Sancarın ŞKTC-də akademik fəaliyyəti də mövcuddur. O, paytaxt Lefkoşada yerləşən Yaxın Doğu Universitetinin Sintetik Biologiya Araşdırma və Texnologiya Mərkəzinin elmi heyətinin üzvüdür. Burada tələbələr üçün bir sıra konfranslar da keçirib. Adanı tez-tez ziyarət edən Sancar, 2015-ci ildə amerikalı və isveçli alimlərlə birlikdə Nobel Kimya Mükafatına layiq görülmüşdü.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar