Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
BÜTÜN XƏBƏRLƏR

Moskvanın 10 gün vaxtı QALDI: Vaşinqton Ukrayana üçün hərəkətə keçir

Tarix: 01-08-2025 23:09     Baxış: 469 A- / A+
 "ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə əvvəllər verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini açıqlayıb. Bu bəyanat Ukrayna müharibəsinin həlli üçün Rusiyaya açıq təzyiq siqnalıdır. Artıq Tramp administrasiyasının Rusiyaya qarşı diplomatik təmkin deyil, iqtisadi təzyiq siyasəti yürütməyi düşündüyünü göstərir".

Politoloq Polad Mehdiyevin sözlərinə görə, əgər Vladimir Putin Trampın verdiyi 10-12 günlük müddətdə Ukrayna ilə sülh istiqamətində addım atmasa, ABŞ Prezidenti Donald Trampın növbəti addımı Rusiyaya qarşı sərt iqtisadi təzyiqlər ola bilər:

"Tramp artıq bəyan edib ki, “çox sərt tariflər” tətbiq etməyə hazırdır. Bu, Rusiya məhsullarına qarşı yüksək gömrük rüsumlarının tətbiqi, enerji və maliyyə sektoruna əlavə məhdudiyyətlər, eləcə də Rusiya ilə ticarət əlaqələrinin daha da məhdudlaşdırılması kimi addımları əhatə edə bilər.

Zənnimcə Trampın məqsədi Putini danışıqlara məcbur etmək və müharibəni qısa zamanda bitirməkdir. Diplomatik təzyiq nəticə verməzsə, növbəti mərhələ iqtisadi zərbə olacaq".

Politoloq digər tərəfdən ABŞ administrasiyasının Ukraynaya hərbi dəstəyi yenidən gücləndirə biləcəyini qeyd edib:

"Prezident Tramp əvvəlki dövrdə Ukraynaya silah tədarükünü məhdudlaşdırsa da, hazırkı şəraitdə Rusiyaya təzyiq vasitəsi kimi Ukraynanın silahlandırılması gündəmə gələ bilər. "Bu, F-16 qırıcıları, uzaqmənzilli raketlər və artan kəşfiyyat dəstəyi ilə müşayiət oluna bilər".

Bu addım həm də Trampın Moskva üzərindəki mövqeyini gücləndirmək və danışıqlarda üstünlük əldə etmək üçün rıçaq yaratmaq məqsədi daşıyır. Yəni diplomatiya nəticə verməzsə, ABŞ həm iqtisadi, həm də hərbi sahədə təzyiqi artıracaq".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar