Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Maykl Ceksonun corabı hərracda satıldı

Tarix: 31-07-2025 09:24     Baxış: 466 A- / A+
Maykl Ceksonun corabı hərracda satıldı
Pop musiqisinin əfsanəsi Maykl Ceksona məxsus unikal səhnə corabı Fransada keçirilən hərracda 6,200 avroya alıcı tapıb.
Manevr.az xəbər verir ki, corab sənətçinin 1997-ci ildə Fransanın Nitssa şəhərində baş tutan konserti zamanı geyindiyi səhnə geyiminin bir hissəsi olub.
Corabın hekayəsi də bir o qədər maraqlıdır: “Le Figaro” nəşrinin məlumatına görə, konsertdən sonra bu corab Ceksonun qrim otağının yaxınlığında tapılıb. Daha sonra sənətçinin dünya turunda texniki heyətdə çalışmış bir şəxs tərəfindən illərlə saxlanılıb.
Unikal eksponat səhnə arxasına keçid vəsiqəsi ilə birlikdə xüsusi çərçivədə təqdim olunub (bax: şəkil). Hərracda bu sentimental əşya, Maykl Cekson pərəstişkarlarının diqqətini çəkərək, gözləniləndən daha yüksək qiymətə – 6,200 avroya satılıb.
Xatırladaq ki, Maykl Cekson bu konsertdə çıxış edərkən “HIStory” dünya turu çərçivəsində səhnəyə çıxmışdı və həmin illərdə geyindiyi əşyalar bu gün kolleksiyaçılar üçün yüksək dəyərə malikdir.(musavat.com)

Manevr.az 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar