Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada 8,7 bal gücündə zəlzələ oldu - Bu ölkələrə sunami XƏBƏRDARLIĞI

Tarix: 30-07-2025 09:51     Baxış: 338 A- / A+


Rusiyanın Severo-Kurilsk şəhərində 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələ baş verib.
Manevr.az xəbər verir ki, bölgədə sunami təhlükəsi elan olunub və əhali təxliyə edilir.
Fövqəladə hallar xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, vəziyyət tam nəzarət altındadır.
Əhalinin təhlükəsizliyini təmin etmək və bölgədə normal həyat şəraitini bərpa etmək məqsədilə bütün zəruri tədbirlər həyata keçirilir. Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına əsasən, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr uzaqlıqda yerləşib.
Zəlzələ nəticəsində Petropavlovsk-Kamçatskidə yerləşən 15 saylı uşaq bağçasının divarlarından biri uçub. Eyni zamanda Yaponiya və ABŞ-da da sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına görə, Kamçatkadakı zəlzələdən sonra ölkənin şərq və şimal-şərq sahillərinə yönələn sunami dalğalarının hündürlüyü 3 metrə çatacaq. Sahilyanı ərazilərdə yaşayan insanlar dərhal təxliyəyə çağırılıb. İlk sunami dalğalarının yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30) Yaponiyanın Sakit okean sahillərinə çatacağı gözlənilir.
Sunami təhlükəsi səbəbilə Yaponiyanın "Tokyo Electric Power" (TEPCO) enerji şirkəti "Fukusima-1" Atom Elektrik Stansiyasından təmizlənmiş suyun axıdılması prosesinin növbəti mərhələsini dayandırıb. Stansiya işçiləri də təhlükəsizlik məqsədilə təxliyə edilib. Qeyd olunub ki, bu, ölkədə sunami təhlükəsi elan olunduğu hallarda tətbiq edilən standart prosedurdur. "Fukusima-1" AES Sakit okean sahilində yerləşir.
ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) Kamçatkada baş verən zəlzələyə görə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb. Kamçatkanın Yelizovski rayonunda, "Vodopadnaya" meteoroloji stansiyasının yaxınlığında dalğaların hündürlüyü 3-4 metr olan sunami müşahidə olunub./Trend 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar