Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Arxeoloqları heyrətə salan iddia: Musa peyğəmbərə aid 3,8 min illik mesaj tapıldı

Tarix: 30-07-2025 09:39     Baxış: 332 A- / A+
Arxeoloqları heyrətə salan iddia: Musa peyğəmbərə aid 3,8 min illik mesaj tapıldı
Misirin Sina yarımadasında, ətrafdan uzaq bir vadidə yerləşən qədim mədən sahəsində üzə çıxarılan daş yazılar arxeologiya və din tarixini sarsıdacaq səviyyədə bir iddianı gündəmə gətirib. 

Manevr.az
qaynarinfo-ya istinadən xəbər verir ki, 3 min 800 il əvvələ aid olduğu düşünülən yazılarda Musa peyğəmbərin adına birbaşa istinad edilməsi mütəxəssislər arasında böyük maraq doğurub.

"Daily Mail" nəşrinin xəbərinə görə, mədən sahəsində aparılan qazıntılar zamanı tapılan yazılardan birində "Bu, Musadandır" mənasına gələn bir ibarə yer alır. Araşdırma qrupunda yer alan tədqiqatçı Maykl Bar-Ron bildirir ki, bu ifadə yalnız arxeoloji deyil, həm də dini və mədəni mənada böyük bir dönüş nöqtəsini simvolizə edə bilər. Mütəxəssislər bu yazının Tövratda təsvir olunan və Musanın rəhbərliyi ilə baş verdiyi inanıla "Çıxış” hekayəsinə işıq tuta biləcəyini düşünür.

Ərazidəki bəzi daş yazılarda qədim Misir tanrıçalarının adlarının sonradan oyulub silindiyi müşahidə edilib. Bu hal, arxeoloqlar tərəfindən həmin dövrdəki inanc sistemindən qopma prosesinin izləri kimi qiymətləndirilir. Həmin ərazidə yerləşən və "lənətlənmiş giriş” adlandırılan bir koridor, həmçinin yandırıldığı ehtimal edilən bir məbədin qalıqları da bu nəzəriyyəni gücləndirir.


Bölgədə əldə edilən digər önəmli tapıntılardan biri isə Firon sarayında xidmət etmiş olduğu düşünülən Asiya mənşəli bir müşavirin adının həkk olunduğu nəhəng daş abidədir. Bu da həmin dövrdə Misirdə müxtəlif xalqlar arasında kompleks mədəni qarşılıqlı əlaqələrin mövcud olduğunu göstərir. Bar-Ron yazıtların həm tarixi, həm də mənəvi olaraq "transformativ” bir mesaj daşıdığını deyir.

Lakin bu iddialar arxeologiya və mifologiya sahələrində fikir ayrılıqlarına səbəb olub. Kanadanın Britaniya Kolumbiyası Universitetindən misirşünas Prof. Dr. Tomas Şnayder məsələyə ehtiyatla yanaşaraq "Ortaya atılan şərhlər son dərəcə cəlbedicidir, lakin elimizdəki sübutlar hələlik elmi dəqiqlik daşımır", deyə bildirib.

Hazırda arxeoloqların diqqəti mədən ocağının daha dərin qatlarında nələrin gizləndiyinə yönəlib. Çünki bir çox mütəxəssisə görə, bu kəşf yalnız başlanğıcdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar