Sizin Reklam Burada
Xəbər lenti
18-10-2025
17-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynanın Sum əməliyyatı: Ruslar belə darmadağın edildi

Tarix: 28-07-2025 20:04     Baxış: 365 A- / A+
Ukraynanın Sum əməliyyatı: Ruslar belə darmadağın edildi
Sum vilayətində Rusiya ordusunun ən azı 3 taboru mühasirəyə düşüb.
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, 11-12 iyul tarixlərində Ukrayna ordusu qüvvələrini cəmləşdirərək Sum vilayətinin qərb hissəsindəki cinahlarında əks-hücumlara keçib. Ukrayna qoşunları ilk zərbə ilə rusların Konstantinovka və Kondratovka kəndləri arasındakı mövqelərini, ikinci zərbə ilə isə şərqdə Alekseyevka və Vladimirovka kəndləri arasındakı mövqelərini darmadağın edib.
Kondratovkanın şimalında Ukrayna ordusu elə ilk gündə 3,5-4 km məsafə qət edib.
Ruslar mühasirəyə alınmış Kondratovkadan, həm də Konstantinovkadan əks-hücuma keçsələr də, iyulun 15-də 155-ci dəniz piyadaları briqadasının bölmələri, Kondratovkadakı 30 və 40-cı motoatıcı alayları mühasirəyə düşüblər. Rusların mühasirəni yarmaq cəhdləri uğursuzluqla və böyük itkilərlə nəticələnib.
Rusiya ordusunun mühasirədə 700-dən çox hərbçisinin qaldığı bildirilib.
İyulun 23-də mühasirəyə alınanların müqaviməti sona çatıb. Rus hərbçilərinin əksəriyyəti ölüb, az bir qism isə əsir götürülüb.
Alekseyevka istiqamətində də rusların daha 4 taboru oxşar vəziyyətlə üzləşib.
Qeyd olunub ki, əgər Ukrayna Silahlı Qüvvələri Alekseyevkanın şimalındakı mövqelərini saxlaya bilsə və mühasirənin yarılmasına mane olsa, Rusiya ordusu növbəti həftə ərzində 1000-ə qədər canlı qüvvə itirəcək.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar