Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

Tarix: 26-07-2025 19:57     Baxış: 446 A- / A+


Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır
Çinin Xunan əyalətinin Yueyanq şəhərində dünyanın ilk kabab institutu yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Bu təhsil müəssisəsi Yueyanq Açıq Universiteti ilə şəhərin Kabab Assosiasiyası tərəfindən yerli hakimiyyət orqanlarının dəstəyi ilə birgə yaradılır.
Xarici media bildirir ki, yeni təhsil platforması küçə yeməkləri sahəsini sistemləşdirmək və inkişaf etdirmək, onu aydın struktura malik tam bir sənaye sahəsinə çevirmək məqsədi daşıyır.
Yueyanq Açıq Universitetinin partiya təşkilatının katibi Yue Yanxuanın sözlərinə görə, institut yerli "kabab dükanları iqtisadiyyatını" müasir, inteqrasiya olunmuş bir sənayeyə çevirməyə kömək edəcək. Barbekü artıq şəhərin iqtisadiyyatında mühüm rol oynayır: Yueyanqda 2 mindən çox kababçı fəaliyyət göstərir və bu sahədə təxminən 50 min nəfər çalışır. Sənayenin illik dövriyyəsi isə təxminən 280 milyon ABŞ dollarını ötür.
Universitetin vitse-prezidenti Tszyan Tsunfunun qeyd etdiyinə görə, bu təşəbbüs həm də gənclər arasında işsizlik probleminin həllinə yönəlib. Bir çox məktəb məzunları iş tapmaqda çətinliklərlə üzləşirlər, halbuki barbekü sahəsi başlanğıc üçün əlçatan imkanlar və yüksək gəlir potensialı təklif edir. Yeni institut, ənənəvi bişirmə üsullarını müasir biznes yanaşmaları ilə birləşdirərək sahəni inkişaf etdirə biləcək mütəxəssislər yetişdirəcək.lent.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar