Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

İranda məhkəmə binasına silahlı hücum: 5 nəfər öldü

Tarix: 26-07-2025 13:08     Baxış: 378 A- / A+



İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib.
Manevr.az Azad İran kanalına istinadən xəbər verir ki, bir neçə silahlı şəxs binaya soxulub.
Hücum nəticəsində məhkəmə işçiləri və hərbçilər arasında ölən və yaralananlar var.
Şahidlər bildiriblər ki, hücum edənlər binanın içərisində atəş açıblar.
Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.
***
İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum zamanı 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Bu barədə “Tasnim News” agentliyi məlumat yayıb.
Bildirilir ki, "Ceyş əl-Ədl" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
İranın təhlükəsizlik qüvvələri üç silahlının zərərsizləşdirildiyini bildirib.
Onların məlumatına görə, silahlı dəstə binaya soxularaq bir neçə qumbara partladıb və mühafizəçilərlə atışmaya girib. Döyüş bir neçə saat davam edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar