Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Əriyən buzlağın altından "balina qəbiristanlığı" çıxdı

Tarix: 25-07-2025 18:38     Baxış: 350 A- / A+

Rusiya Arktikasında yerləşən buzlaqlardan birinin sürətlə geri çəkilməsi nəticəsində qədim dövrlərə aid kit balinalarının sümük qalıqları - "balina qəbiristanlığı" aşkar edilib. 
Manevr.az xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb.
Bu ilin əvvəlində Rusiyanın Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AAETİ) təşkil etdiyi tədqiqat ekspedisiyası Rusiyanın ən ucqar şimalındakı Vilçek adasında əbədi donmuş torpaq qatını araşdırmaq üçün işə başlayıb.
AAETİ-nin geoloqu Mikita Demidov bildirib ki, komanda peyk görüntüləri vasitəsilə buzlağın cari və keçmiş vəziyyətini müqayisə edib. Nəticədə məlum olub ki, adanın buz örtüyü son 20 il ərzində iki hissəyə ayrılıb.

Buzlağın əriməsi daha genişmiqyaslı prosesin bir hissəsidir. Fevral ayında aparılan bir araşdırma göstərib ki, 2000-ci ildən bu yana dünya üzrə buzlaqlar öz həcminin təxminən 5 faizini itirib.
Adadakı buz təbəqəsinin parçalanması nəticəsində bir neçə kvadrat kilometr ərazi üzə çıxıb. Həmin sahədə çoxlu sayda kit balinası sümükləri aşkarlanıb. Bəzi skeletlər yaxşı vəziyyətdə qalıb. Demidov qeyd edib ki, dəniz sahilinə yaxın sümüklər daha çox zədələnib, çünki onlar daha uzun müddət əriməyə məruz qalıb, lakin buzlağa yaxın olanlar daha yaxşı qorunub.
O, tapıntının dəniz səviyyəsinin son bir neçə min il ərzində Avrasiya materikinin ən şimalındakı arxipelaqda olduqca sürətli dəyişdiyini göstərdiyini vurğulayıb.
Qeyd olunur ki, ekspedisiya Rusiya bayrağı altında üzən "Professor Molçanov" buzqıran gəmisindən idarə olunur və avqusta qədər davam edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar