Sizin Reklam Burada
Xəbər lenti
28-08-2025
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın yeddinci möcüzəsi dənizdən çıxarıldı

Tarix: 20-07-2025 08:41     Baxış: 365 A- / A+
Dünyanın yeddinci möcüzəsi dənizdən çıxarıldı
Antik dünyanın yeddi möcüzəsindən biri sayılan İsgəndəriyyə Mayakına (Pharos Feneri) aid daş bloklar Misir sahillərində aparılan sualtı arxeoloji qazıntılar zamanı aşkar edilib. Fransız arxeoloq İzabell Həri rəhbərliyindəki PHAROS layihəsi çərçivəsində fenerin yerləşdiyi Pharos adası ətrafında lentolar, eşiklər, bəzəkli giriş qapısı və təməl daşları tapılıb.
Manevr.az xəbər verir ki, qazıntılar Dassault Systemes şirkətinin dəstəyi ilə rəqəmsal texnologiya vasitəsilə aparılır. Uzmanlar mayakın tikintisi və dağıntısını virtual modellərlə canlandırmağa çalışır.

M.Ö. 3-cü əsrdə Ptolemeylər dövründə inşa edilən bu 100 metrlik möhtəşəm mayak zamanında həm dənizçilər üçün bələdçi, həm də imperiya üçün güc rəmzi olub. Lakin M.S. 956, 1303 və 1323-cü illərdə baş verən zəlzələlər nəticəsində böyük dağıntılara məruz qalıb və 15-ci əsrdə Qaitbay qalasının tikintisində istifadə olunub.
İsgəndəriyyə Mayakı Giza ehramı və Halikarnas məqbərəsindən sonra antik dövrün ən uzunömürlü memarlıq abidəsi hesab olunur. (News24.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar