Sizin Reklam Burada
Xəbər lenti
28-08-2025
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Kartofla zarafat etmək olmaz!” - Lukaşenko əsəbiləşdi

Tarix: 19-07-2025 09:04     Baxış: 475 A- / A+
Belarus Prezidenti Aleksandr Lukaşenko fermerləri və məmurları kartof yığımı ilə bağlı "zarafat etməməyə" çağırıb.

Məsələ ilə bağlı müşavirədəki çıxışını Belarus liderinin mətbuat xidmətinə yaxın olan "Pul Pervoqo" teleqram kanalı yayıb.

"Allah eləməsin ki, mənə hesabat versinlər ki, siz kartofu yetişdirməmisiniz. Və biz gələn il mart-aprel aylarında yenə narahat olacağıq ki, kartofumuz çatmadı", - Belarus lideri xəbərdarlıq edib. 

O əlavə edib ki, narahatlığına baxmayaraq, ölkədə kartof istehsalının "onu necə yetişdirəcəyini bildiyi" fərdi təsərrüfatlarda cəmlənməsi onu arxayın edir. O, məsələ ilə bağlı respublikanın kənd təsərrüfatı və ərzaq naziri Yuri Qorlova müraciət edib.

Lukaşenko kartof yığımı məsələsinə ciddi yanaşmağı tələb edib:

"Bu gün zarafat etmək olmaz! Keçən il zarafat etmişdik - əhalidən qulağımızın dibinə şillə aldıq. Biz isə prezidentdən tutmuş rayon icra komitələrinin sədrlərinə qədər özümüzə haqq qazandırmağa çalışdıq ki, Rusiyada kartof 3 dəfə bahadır - ora ixrac olunurdu". qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar